İtaliya A Seriyasında 9-cu turdan təxirə salınmış oyunda "Milan" səfərdə "Bolonya"nın qonağı olub. SİA xəbər verir ki, qarşılaşma "Bolonya"nın qələbəsi ilə yekunlaşıb - 2:1. Ev sahibləri hesabda geridə olduqları matçda qələbə qazana biliblər. Bu qələbə sayəsində xalını 44-ə çatdıran "Bolonya" 6-cı pilləyə yüksəlib. "Milan" isə 41 xalla səkkizinci yerə düşüb.
Xatırladaq ki, "Milan" daha əvvəl ölkə çempionatında "Torino"ya 2:1 hesabı ilə uduzmuşdu.