"Santos”un futbolçusu Neymar açıqlaması ilə gündəmə gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, forvard “Real Madrid”in illər əvvəl ona etdiyi təklifdən bəhs edib. “Real” mənə çılğın təklifi etdi. Boş çek verdilər və dedilər ki, nə qədər istəsəm yaza bilərəm. İstəsəydim 3 qat daha çox pul qazanardım və Florentino Peres məni həmişə bəyənirdi. Ancaq mən ürəyimə qulaq asdım. Ronaldinyo “Barselona”da oynamışdı və həmçinin mən də Messi ilə oynamaq istəyirdim”. Xatırladaq ki, Neymar 2013-2017-ci illərdə “Barselona”da çıxış edib.