Britaniya münaqişə bitdikdən sonra Ukraynaya qoşun göndərməyə hazırdır - Baş nazir

28 Fevral 2025 04:47 (UTC+04:00)

Böyük Britaniya hərbi əməliyyatların dayandırılacağı təqdirdə, nizamlanmaya dair razılaşmalar çərçivəsində Ukraynaya qoşun və aviasiya göndərməyə hazırdır. SİA xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer Ağ evdə ABŞ Prezidenti Donald Trampla birgə keçirilən mətbuat konfransında deyib: “Mən açıq şəkildə bildirmək istəyirəm ki, Böyük Britaniya sazişin həyata keçirilməsini təmin etmək üçün quru və hava qüvvələrini göndərməyə hazırdır”.

Baş nazir qeyd edib ki, sülhün davamlı olmasına əmin olmaq üçün yeganə yol budur.

Starmer, həmçinin bildirib ki, Ukrayna münaqişəsi ilə bağlı razılaşma “sərt və ədalətli” olmalıdır.