Daha bir ölkə Ukraynaya qoşun yeridə bilər

28 Fevral 2025 03:48 (UTC+04:00)

Böyük Britaniya hökuməti atəşkəs əldə edildikdən sonra Ukraynada sülhün təmin edilməsinə kömək etmək üçün quru və hava qüvvələrini göndərməyə hazırdır. SİA xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Key Starmer Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla birgə mətbuat konfransında bildirib. “Mən açıq şəkildə bildirirəm ki, Britaniya sülh sazişini dəstəkləmək üçün quru qoşunlarını və təyyarələr göndərməyə hazırdır. Biz müttəfiqlərimizlə birlikdə işləyirik”, - Britaniyanın baş naziri bildirib.