Tramp Kiyevə ümid verdi

28 Fevral 2025 03:02 (UTC+04:00)

"Gələcəkdə ərazilərin Ukraynaya qaytarılması ilə bağlı danışıqlar aparıla bilər". SİA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşündə deyib. "Biz bu barədə danışacağıq, bunun çox hissəsini Ukraynaya qaytara biləcəyimizi görəcəyik, əgər bu mümkündürsə", - Ağ Evin rəhbəri bildirib.