Beynəlxalq elmi qrup tərəfindən aparılan yeni araşdırma müntəzəm Omega-3 qəbulu ilə bioloji qocalma arasında mühüm əlaqə müəyyən edib.
SİA-nın məlumatına görə, aparılan tədqiqatda 777 nəfər yaşlı isveçrəlinin üç il ərzində klinik göstəriciləri təhlil olunub.
Tədqiqat nəticələrinə əsasən, gündə bir qram Omega-3 qəbul edən insanlarda bioloji qocalma bu əlavəni qəbul etməyənlərlə müqayisədə dörd ayadək ləngiyib. Bundan əlavə, D vitamini əlavələri qəbul edən və həftədə ən az üç dəfə 30 dəqiqə fiziki aktivliklə məşğul olan iştirakçılar daha çox müsbət təsir müşahidə ediblər. Mütəxəssislər diqqətə çatdırıblar ki, Omega-3 ehtiva edən pəhrizlər iltihabın azalması, oynaq sağlamlığının yaxşılaşması, ürək xəstəlikləri, xərçəng və demans riskinin aşağı olması ilə əlaqələndirilir.