HƏMAS ilə İsrail arasında Qəzzada atəşkəs və girov mübadiləsi razılaşmasının yeddinci turunda fevralın 22-də azad edilməsi gözlənilən 641 fələstinli girov gec azad edilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Razılaşmanın birinci mərhələsində təhvil verilməsi gözlənilən son dörd israilli girovun cənazələri də İsrailə gəldikdən sonra fələstinli girovlar da azad edilib.
İşğal altındakı İordan çayının qərb sahilindəki Ofer hərbi həbsxanasından və İsrailin cənubundakı Ketziot həbsxanasından azad edilən fələstinli girovlar Qırmızı Xaç qruplarına təhvil verilib. Azadlığa buraxılan fələstinli girovların Ramallah şəhərində qohumlarını qucaqlayarkən duyğulu anlar yaşanıb.
Qeyd edək ki, yanvarın 19-da tərəflər arasında atəşkəs və girov mübadiləsi haqqında saziş qüvvəyə minib.