Futbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, 1/4 finalın cavab oyununda "Səbail"ə 3:1 hesabı ilə qalib gələn "Qarabağ" adını növbəti mərhələyə yazdırıb.
Hesabı 13-cü dəqiqədə Ağdam klubunun hücumçusu Musa Qurbanlı açıb. Amma meydan sahiblərinin qol sevinci cəmi 2 dəqiqə çəkib. Rüfət Abdullazadə tarazlığı bərpa edib. 43-cü dəqiqədə "Qarabağ" 2-ci qolu vurub. "Səbail"in heyətində Rüfət Abdullazadə avtoqol müəllifi olub. Görüşdə son nöqtəni isə 55-ci dəqiqədə Nəriman Abdullazadə qoyub.
"Qarabağ" bu mərhələnin ilk oyununda da "Səbail"i məğlub etmişdi - 1:0. "Köhlən atlar"ın yarımfinaldakı rəqibi "Araz-Naxçıvan" - "Zirə" cütünün qalibi olacaq.
Qeyd edək ki, 1/4 finalın digər 3 oyunu bu gün və fevralın 28-də keçiriləcək.