Rəşad Nəbiyev Samuxda vətəndaşları qəbul edəcək

27 Fevral 2025 17:12 (UTC+04:00)

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 4 mart 2025-ci il tarixində saat 12:00-da Samux şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl rayonları və Gəncə şəhər sakinlərini qəbul edəcək. Bu barədə SİA-ya Nazirlikdən bildirilib.

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula 3 mart 2025-ci il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected] ), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.