“BakuBus”un avtobusu qarda sürüşərək yolun kənarına düşüb

27 Fevral 2025 16:32 (UTC+04:00)

Bu gün saat 10:18 radələrində “BakuBus” MMC-nin balansındakı 508 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus sürüşərək yolun kənarına düşüb. SİA şirkətə istinadən xəbər verir ki, hadisə intensiv yağan qar səbəbindən nəqliyyat vasitəsi dayanacaqda hərəkətə başlayarkən baş verib.

Sürücünün verdiyi ilkin məlumata əsasən, avtobusda heç bir zədə yoxdur. Sərnişinlər həmin xətt üzrə hərəkət edən digər avtobusda səfərlərini davam etdirib.

Monitorinq Mərkəzinə hadisə barədə məlumat daxil olduqdan sonra, nəqliyyat vasitəsi yolun kənarından çıxarılıb. Artıq onun fəaliyyəti bərpa edilib.