Azərbaycan çempionatında təxirə salınan oyunun vaxtı açıqlanıb

27 Fevral 2025 15:53 (UTC+04:00)

Bu gün keçirilməli olan və əlverişsiz hava səbəbindən təxirə salınan “Mingəçevir” – “Difai” qarşılaşmasının yeni tarixi müəyyənləşib. Bu barədə SİA-ya Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən məlumat verilib.

PFL-in qərarına əsasən matç 28 fevralda Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında baş tutacaq.

Qarşılaşma saat 14:00-da start götürəcək.