Ötən il Azərbaycanda internet məkanına 70 mindən çox kart məlumatı sızdırılıb

27 Fevral 2025 14:02 (UTC+04:00)

Aparılan axtarışlar nəticəsində ötən il Azərbaycanda internet məkanına 70 mindən çox sızdırılmış kart məlumatları aşkar edilib.
SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnformasiya Təhlükəsizliyi departamentinin müdiri Elman Kərimli deyib.

Onun sözlərinə görə, həmin məlumatlar dövlət orqanlarına təqdim olunub.