“ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putinin görüşü ilə bağlı məlumatlar bütün dünya gündəmini zəbt edib. Həmçinin bütün dünyanın diqqəti məhz bu münasibətlərdədir. Görüşün gözləntiləri ilə bağlı çoxlu fikirlər və mövqelər səsləndirilir. Təbii ki, bu dünyanın ən güclü, nəhəng və fövqəl güc sahibi olan dövləti ABŞ ilə artıq üç ildir ki, Rusiya-Ukrayna müharibəsi fonunda Ukraynada bütün Qərblə müharibə aparan Rusiya dövlətinin müharibə başladıqdan sonra ilk real təması olacaq. Çünki bundan öncə, xüsusilə Donald Trampın sələfi olan Co Baydenin Adminstrasiyası özü Rusiyaya qarşı çox qəzəbli və hiddətli idi və nəzərə alaq ki, Co Bayden Putini cinayətkar adlandırırdı. Onların bu mövqeləri təbii ki, Rusiya-ABŞ təmaslarını istisna edirdi”. Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, müharibə getdiyi üç il ərzində Rusiyaya qarşı çoxsaylı sanksiyalar tətbiq edilib: “Sanksiyaların əsas təşəbbüskarlarından biri elə Amerikanın özü idi. Rusiya bütün beynəlxalq tədbirlərdən, proseslərdən demək olar ki təcrid olunub. Bunun fonunda Donald Trampın hakimiyyətə gəlməyindən sonra münasibətlərin bərpa edilməsi istiqamətində addımların atılması və onun sələflərinin Rusiyaya yönləndirdiyi ittihamları, Donald Trampın fərdi forma da Ukraynaya və Volodimir Zelenskiyə yönləndirməsi təbii ki, dünyanı çaş-baş qoyub. Bu gün bütün dünya bu görüşü gözləyir və görüşün nəticələrində maraqlıdırlar. Nəzərə alaq ki, bu görüşlə bağlı razılaşmaların əldə edilməsi ilə əlaqədar informasiyalar yayılır və bu barədə bir görüş artıq keçirilib. Rusiyanın Xarici İşlər Nazirliyi Sergey Lavrov, Vladimir Putinin xarici siyasət məsələlər üzrə müşaviri Yuri Uşakov və Rusiya ilə birbaşa investisiyalar fondunun rəhbəri Kiril Dmitri, ABŞ tərəfdən isə Amerikanın Xarici Siyasətinə rəhbərlik edən dövlət katibi Marco Rubio, Donald Trampın təhlükəsizlik üzrə müşaviri Maykl Uoltz və Prezidentin yaxın Şərq üzrə elçisi Stiven Vitkof arasında Səudiyyə Ərəbistanda görüş keçirilib. Təxminən dörd saat yarım davam edən görüş də bir sıra məsələlər müzakirə edildi. Orada müzakirə edilən məsələlərin nəticələri ilə bağlı məlumatlar verildi. Verilən məlumatlara görə, Ukrayna mövzusu ilə bağlı qruplar yaradılacaq, Rusiya ilə ABŞ arasında münasibətlər normallaşdırılacaq, diplomatik əlaqələr bərpa ediləcək, diplomatik korpusun tərkibi əvvəlki səviyyəyə qaldırılacaq və qlobal geosiyasi proseslərdə əməkdaşlıq davam etdiriləcək. Yəni bunlar Rusiya ilə Amerika arasında artıq münasibətlərin normallaşmasına start verilməsini göstərir”.
Xəyal Bəşirov həmçinin bildirib ki, prezident səviyyəli görüşlərin keçiriləcəyi təqdir də artıq real məsələlərin müzakirəsinə şahid ola bilərik: “Artıq hər birimizə bəllidir ki, o görüşdə Ukrayna və Avropanın kənarda qalması digər kənarda qalan ölkələri çox ciddi şəkildə hiddətləndirib. Ukrayna və Avropa liderlərsiz hər hansı bir görüşün nəticəsi olmayacağı haqqında tələb və bəyanat bildiriblər. Amerika da Ukrayna məsələsinə münasibətini bildirib. Müdafiə Naziri Piq Heqset Brüssel də demək olar ki, Donald Trampın planlarına işarə vurub. Ukraynanın müharibədən əvvəl ki, ərazilərinin bərpa edəcəyinin qeyri-mümkünlüyü, Ukraynaya ABŞ-nin bir əsgərinin belə getməyəcəyini, təhlükəsizlik prosesində iştirak etməyəcəyi ilə bağlı fikirlər səsləndirib. Bu artıq Ukrayna mövzusuna ABŞ-nin olduğu münasibətdir. Eyni zamanda unutmayaq ki, ABŞ Prezidenti Ukrayna Prezidenti Volodimir Zelenskini seçkilər keçirməyə çağırır. Yəni faktiki olaraq Ukraynanın bölüşdürülməsi prosesi gedir. Bütün bunlara nə dərəcə də nail olunub-olunmayacağını hadisələrin gedişatı göstərəcək”.