Arvad döyən kişini bu dəfə it tutmayıb, sadəcə özü huşunu itirib...

28 Fevral 2025 00:56 (UTC+04:00)

...Hə, deməli, məişət zorakılığının növbəti qurbanı Belarusun Stolin rayonundan olan 61 yaşlı kişi sakini olub.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumatına görə, evin arvadi davamlı olaraq hər gün ərini, bəli, bəli düz eşidirsiniz “ərini” döyürmüş.

Deyim ki, arvad ərini döymək üçün hər gün də bir bəhanə tapırmış. Yəni bir gün maddi imkansızlığı onun başına çırpırmış, o biri gün... “qara məni basınca, qoy qaranı mən basımı” önə verib özündən yalançı qısqanclıq nümayiş etdirirmiş.

...Amma necə olubsa, “kişi”nin sonuncu döyülməsi qadına cinayət işi açılması ilə nəticələnib.

Yeri gəlmişkən, polis cütlüyün 39 ildir evli olduğunu da müəyyən edib.

Amma onu da deyim ki, arvadın vaxtaşırı ərini döyməsinə baxmayaraq, “kişi əsil kişilik” göstərərək qaçıb aradan şıxmırmış, amma...

Deməli, növbəti döyülmədən sonra kişi əvvəlki hallarda olduğu kimi bu dəfə də tövlədə yatmağa gedib. Səhər isə evə qayıdanda arvadının hirsinin soyuduğuna ümid edirmiş, amma belə olmayıb. Belə ki, qadın qazanı götürərək evə daxil olmaq istəyən ərinin başına necə vurubsa...

Amma deyim ki, kişi də cəlb tərpənib, Yəni başından qan fışqırsa da yaxınlıqdakı qohum eviunə qaça bilib.

Amma bir müddət sonra özündən gedib, yəni huşunu itirməyə başlayıb və ona təcili yardım çağırıblar.

Və gələn həkimlər zərərçəkənin başına tikişlər atıb, ona kəllə-beyin travması diaqnozu qoyublar.

Təbii ki, belə sonluq arvad üçün kədərli bitib və artıq qadına qarşı cinayət işi açıldığı deyilir.

...İndi deyirsiniz yəni, 39 illik evlilik həyatından sonra “kişi”nin bəxtəvər günləri bundan sonra başlayacaq..?

Əli Babayev