“2022-ci il 16 noyabr tarixində Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planı təsdiq olunmuşdur. Proqramda 2022-2026-cı illərdə görüləcək işlərin miqyası müəyyənləşmiş və 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkünün öz doğma yurdlarına qaytarılması nəzərdə tutulmuşdur. Belə ki, torpaqlarımızı işğaldan azad etdiyimiz son bir neçə ildə bu ərazilərin yenidən quruılması və bərpası ilə bağlı böyük layihələr icra olunmuşdur. Belə ki, 180 min hektardan çox ərazilər minalardan təmizlənmiş, iki Beynəlxalq Hava Limanı istifadəyə verilmiş, üçüncü hava limanının tikintisi sürətlə davam etdirilməkdədir. Avtomobil və dəmir yolları şəbəkəsinin yenidən qurulması prosesi sürətlə davam etdirilməkdədir. Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən 2024-cü ilin sonuna qədər işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələri yenidən qurulub bərpa edilərək 10 mindən çox keçmiş məcburi köçkün öz doğma yurdlarına qaytarılmışdır”. Bu sözləri Milli Məclisin deputatı Azər Badamov SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, 2023-cü ilin sentyabrın 20-də keçirilmiş lokal xarakterli antiterror tədbirləri sayəsində torpaqlarımızda erməni separatçılığın kökü kəsilərək Xankəndi, Xocalı və digər ərazilərdə də həyat yenidən canlanmağa başlanmışdır. Xankəndidə açılışı olmuş Qarabağ Universiteti mindən çox gəncin müasir tələblərə uyğun mütəxəsis kimi yetişməsində rol oynamağa balamışdır. 2026-cı ilin sonuna qədər işğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında 100-dən çox yaşayış məntəqəsinin yenidən qurulması və bərpası başa çatacaqdır. Təbii ki, keçmiş məcburi köçkünlərin qayıtdığı hər bir yaşayış məntəqəsi hər bir infrastrukturla təmin edilir və 30 il əziyyətli köçkün həyatı yaşamış insanların firavan həyatlarına davam etdirilməsinə şərait yaradılır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında işlə təmin olunması və məşğulluq mövzularının həll olunması da qarşıda dayanan məsələlərdəndir. Bu baxımdan Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası", Zəngilanda “Dost Aqropark” və s. müəsissələrin fəaliyyətə başlaması həm məşğulluq məsələlərin həll olunmasına, həm də işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialının ölkə iqtisadiyyatına reinteqrasiya olunmasına yol açır”.
Deputat bildirib ki, bu gün işğaldan azad olunmuş ərazilər sanki bir tikinti meydançasına çevrilmişdir: “Başa çatan hər bir infrstruktur və digər layihələr ermənilərin 30 ildə viran qoyub darmadağın etdiyi ərazilərin cənnətə çevrilməsinə yol açır. Məsələn, Cənubi Qafqazın Xirosiması adlandırılan Ağdam şəhəri xarabalıqlar üzərində yenidən qurulur. Dövlət başçımızın tapşırığı ilə Ağdamda 100 minlik müasir yeni bir şəhər salınır. Dövlət başçımızın Ağdama səfəri çərçivəsində açılışı edilmiş, təməllərini qoyulan və tikintisi davam etdirlən layihələr müasir bir Ağdam şəhərinin meydana gəlməsinin göstəricisidir. O cümlədən Xocalının Ballıkənd sakinlərinin öz doğma yurdlarına qayıdışının sevincini yaşaması və dövləyt başçımızın onlarla səmimi görüşü hər bir azərbaycanlıya qürur yaşadır. Bəli, işğaldan azad olunmuş ərazilər yenidən qurulur və çiçəklənir. Bütün bu işləri dövlətimizin öz gücü ilə icra olunması Prezident İlham Əliyevin apardığı uğurlu və uzaqgörən siyasətin göstəricisidir”.