Bakıda evdən 12 min manatlıq qızıl oğurlanıb

27 Fevral 2025 11:42 (UTC+04:00)

Fevralın 22-də Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. SİA DİN-ə istinadən xəbər verir ki, Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 18 yaşlı T.Hüseynzadə saxlanılıb. Araşdırmalarla onun həmin evdən əvvəllər 12 min manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da məlum olub.

Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla isə oğurluq etdiyinə görə saxlanılmış M.Məmmədovun Nardaran qəsəbəsində 215 metr naqil oğurladığı da müəyyən edilib.

Araşdırmalar aparılır.