“Neftçi” basketbol klubunun oyunçusu Patrik Beykonun SİA-ya müsahibəsini təqdim edirik:
- “Neftçi”yə keçidiniz necə reallaşdı?
- Transfer son anda baş tutdu. Mən çətin vəziyyətdə idim. Düşündüm ki, təklifdən sonra “Neftçi”yə getsəm və orada kariyerama davam etsəm yaxşı olar. Ona görə də bu komandaya keçmək qərarına gəldim.
- Hazırda komandanın durumundan razısınızmı?
Komanda da hər şey yaxşıdır. Bizim yaxşı şanslarımız var. Gələcəkdə pley-offa gedə bilərik. Ona görə hazır ki, durumumuz əladır.
- Baş məşqçi və yoldaşlarınızla ünsiyyətdə çətinlik çəkmirsiniz?
- Mənim oyunçularla münasibətim çox yaxşıdır. Komanda yoldaşlarımızla birlikdə vaxt keçirdirəm. Baş məqşçi ilə çoxlu danışırıq. Meydançadan kənarda da ünsiyyət qururuq. Məşqçimizlə olan münasibətimədə önəm verirəm.
- Ötən gün Azərbaycan Basketbol Liqasının XV turunda “Abşeron”la qarşılaşdınız. Matç barədə nələr deyə bilərsiz?
- Dünənki, oyun çox yaxşı keçdi. 56 xalda rəqibi saxladı. Sezonun başlanğıcından sonra günü-gündən daha da yaxşı çıxış etdiyimizi görürəm.
- “Neftçi”nin çempionatda əsas məqsədi nədir?
- Bizim əsas məqsədimiz kuboku udub, çempion olmaqdır. Düşünürəm ki, bunu bacarmaq üçün bizim bütün imkanlarımız var. Məqsədimizə çatmaq üçün hər şeyi edəcəyik.
- Daha öncədən Azərbaycan basketbolu barədə məlumatınız var idimi?
- “Neftçi” ilə müqavilə imzalayana kimi mənim Azərbaycan basketbolu barədə heç bir məlumatım yox idi. Çox gözəl ölkədir. Fikrimcə, bu liqa gələcəkdə çox böyük uğurlara imza atacaq.
- Bakıda ən çox nəyi bəyəndiniz?
- Bakını çox sevirəm. Mənim xoşladığım məkandır. Bütün karyeram ərzində də yaşadığım ən yaxşı şəhərlərdən biridir.