Vilayət Eyvazov Lənkəranda qəbul keçirəcək

27 Fevral 2025 11:27 (UTC+04:00)

Daxili işlər naziri Lənkəranda vətəndaşları qəbul edəcək. SİA xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən martın 6-da Lənkəran Şəhər Rayon Polis Şöbəsində Lənkəran, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 05.03.2025-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.