PFL Azərbaycan çempionatının bu gün keçiriləcək oyunları ilə bağlı məlumat yayıb. SİA xəbər verir ki, qurum ölkə ərazisindəki qeyri-sabit hava şəraitinin matçlara təsirinin olub-olmayacağına münasibət bildirib.
Məlumatda PFL hazırkı vəziyyətə nəzarət etdiyi əks olunub: “Bu gün Azərbaycan Kubokunda,1-ci Liqa, 2-ci Liqa və Əvəzedicilər liqasında oyunların keçirilməsi nəzərdə tutulub. Ölkə ərazisində bir neçə gündür davam edən qeyri-sabit hava şəraiti müəyyən problemlərin yaşanmasına yol açıb. Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən bütün yarışlarda ümumi vəziyyət nəzarət altındadır. Oyunların keçiriləcəyi stadionlar qardan təmizlənir, klublar qırmızı toplarla təmin olunur. Oyunlarla bağlı hər hansı bir təxirəsalma olarsa, bu barədə Peşəkar Futbol Liqası tərəfindən rəsmi açıqlama veriləcək”.
Qeyd edək ki, I Liqada keçirilməli olan 2 oyundan biri təxirə salınıb. Kubokda 2, əvəzedicilərin yarışında isə 1 görüş baş tutmalıdır.