Niderlandlı tanınmış referi ilə Azərbaycanda hakimliyin inkişaf yolları müzakirə edilib - FOTOLAR

27 Fevral 2025 11:19 (UTC+04:00)

AFFA-nın prezidenti Rövşən Nəcəf Bakıda səfərdə olan UEFA Hakimlər Komitəsinin üzvü Byörn Kuyperslə görüşüb. Qurumdan SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycanda hakimliyin inkişaf yolları və gələcək perspektivləri mövzusunda fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, öz dövrünün ən yaxşı hakimlərindən biri hesab edilən Byörn Kuypers iki dəfə dünya (2014, 2018), üç dəfə Avropa çempionatının (2012, 2016, 2020) final mərhələsinin oyunlarına təyinat alıb. Niderlandlı FIFA referisi bir dəfə UEFA Çempionlar Liqasının (2014), iki dəfə UEFA Avropa Liqasının (2013, 2018), bir dəfə isə Avropa çempionatının (AÇ-2020) final oyununu idarə edib.