19 yaşlı Vüsalə Ədilova 4-5 yaşlı uşaq boyunda və çəkisindədir. Belə ki, onda anadangəlmə yod çatışmazlığı sindromu var. O hazırda nənəsi və anası ilə birgə Yevlax rayonu Çənlibel qəsəbəsində yaşayır.
Qızın təqaüdü 2 aydır ki, kəsilib. Nənəsi Gülşən Kərimova bildirir ki, qızı ailəsindən ayrıldıqdan sonra onunla birgə yaşayır. Onun yeganə övladı var ki, o da 19 ildir nə danışa, nə də yeriyə bilir. Təyin edilən 300 manat pensiya da 2 aydır ödənilmir.
19 yaşlı Vüsalə Ədilovanın nənəsi hazırda çətin durumda yaşadıqlarını deyir və pensiyanın bərpa edilməsini istəyir.
SİA mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanova sorğu ünvanlayıb.
O bildirib ki, media və bəzi sosial şəbəkə səhifələrində barəsində bəhs olunan Ağdaş rayon sakini 2006-cı il təvəllüdlü Ədilova Vüsalə Tural qızı ilə bağlı artıq tibb müəssisəsi tərəfindən yeni forma-88 sənədi rəsmiləşdirilib və həmin sənəd əsasında vətəndaşa Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən elektron-sistem üzərindən orqanizm funksiyalarının 100% pozulmasına görə müddətsiz əlillik təyinatı aparılıb: “Vüsalə Ədilova buna uyğun olaraq müvafiq sosial ödənişlərlə təmin olunacaq”
Ayşən Vəli