Bakıda "OBA" marketdə partlayış olub, yaralananlar var

27 Fevral 2025 09:06 (UTC+04:00)

Bu gün səhər saat 06:45 radələrində "OBA" marketlər şəbəkəsinin "Binə 3" filialında partlayış baş verib. SİA xəbər verir ki, bu barədə marketlər şəbəkəsi məlumat yayıb.

İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub.

Hadisə nəticəsində "OBA"nın qeyd olunan mağazasında çalışan iki əməkdaşı xəsarət alıb.

Hazırda hadisənin təfərrüatları araşdırılır.