Böyük Dəbilqə”nin üçqat çempionu, dünyanın bir nömrəli tennisçisi, italiyalı Yannik Sinner Milan Moda Həftəsinin (İtaliya) qonağı olub. SİA xəbər verir ki, tennisçi brendin yeni kolleksiyasını təqdim etdiyi “Gucci FW’25” şousunda iştirak edib. Şou zamanı Sinner “Vogue” moda jurnalının baş redaktoru Anna Vinturun yanında olub.
Xatırladaq ki, 2022-ci ilin iyulunda Sinner İtaliyanın “Gucci” moda evinin səfiri olub. O vaxtdan bəri Yannik tez-tez brendin şoularında və digər tədbirlərində iştirak edir. Sinner hazırda ATP yarışlarında iştirak etmir. O, Ümumdünya Antidopinq Agentliyi (WADA) ilə qarşılıqlı razılaşma əsasında 3 ay müddətinə diskvalifikasiya edilib.