Azərbaycan Respublikasının İsrail Dövlətindəkı səfirliyində erməni silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı Soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. SİA xəbər verir ki, tədbirdə İsraildə yaşayan Azərbaycan icmasının nümayəndələri, o cümlədən Xocalı Soyqırımının canlı şahidi Əsəd Fərəcov iştirak edib.
Xocalıda həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov açılış nitqi ilə çıxış edib.
Tədbirdə AZİZ beynəlxalq assosiasiyasının vitse-prezidenti Yeganə Salman və Birinci Qarabağ müharibəsinin veteranı, ədliyyə polkovniki və soyqırımının canlı şahidi Əsəd Fərəcov çıxış ediblər. Tədbirdə “Cəhənnəmi görmüş pilot” qısa metrajlı filmi nümayiş etdirilib.