Abşeron rayonunda 40 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. SİA xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Şükürova Raya Adil qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.