Hava şəraiti ilə bağlı qatarların fəaliyyətində hansı dəyişikliklər var? - QURUMDAN AÇIQLAMA

27 Fevral 2025 10:05 (UTC+04:00)

Qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar olaraq, vağzal, stansiya və dayanacaqlarda sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər görülür. Bu sözləri ADY-nin rəsmi nümayəndəsi Bəxtiyar Hacızadə SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, platformalar, piyada keçidi və körpüləri qardan təmizlənir, sərnişinlərin rahat hərəkəti üçün xüsusi cığırlar salınır: "Qatarların hərəkətində hər hansı dəyişiklik yoxdur. Qrafik üzrə hərəkətlərini davam etdirir".