Uels şahzadəsi Keyt Middlton geyimi ilə gündəm olub. SİA “Vogue” jurnalına istinadən xəbər verir ki, şahzadə daha öncə geyindiyi palto ilə yenidən ictimaiyyət qarşısına çıxıb. O, Uelsə səyahət üçün “Alexander McQueen” brendindən qırmızı paltoya üstünlük verib. Middleton 2022-ci ildə Milad bayramında və 2024-cü ildə Reqbi üzrə Dünya Kuboku oyununda da 3400 avroluq həmin paltonu geyinmişdi. Şahzadənin dəfələrlə eyni paltodan istifadə etməsi müzakirələrə səbəb olub.