XİN rəhbərlərinin növbəti üçtərəfli görüşü Türkiyədə keçiriləcək

27 Fevral 2025 04:45 (UTC+04:00)

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli formatda növbəti görüşü yaxın vaxtlarda Türkiyədə keçiriləcək. SİA xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Türkiyəli həmkarı Hakan Fidanla görüşdən sonra məlumat verib. O deyib ki, görüşdə Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq formatının nəticələri yüksək qiymətləndirilib.

Tərəflər həmçinin, yaxın günlərdə üçtərəfli formatda növbəti görüşün Türkiyədə keçirilməsi barədə razılıq əldə ediblər.