Beynəlxalq Olimpiya Komitəsi Tomas Baxın istefasını qəbul edib

26 Fevral 2025 23:10 (UTC+04:00)

Beynəlxalq Olimpiya Komitəsi (IOC) qurumun hazırkı prezidenti Tomas Baxın istefasını qəbul edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, qərar iyunun 23-də bütün səlahiyyətlər yeni rəhbərə verildikdən sonra qüvvəyə minəcək.

Qeyd edək ki, Tomas Bax daha əvvəl Beynəlxalq Olimpiya Komitəsinin prezidenti vəzifəsinə növbəti seçkidə iştirak etməyəcəyini bildirib. Seçkilər bu ilin martında IOC-un Yunanıstanda təşkil ediləcək sessiyasında keçiriləcək.