Ayova senatoru Coni Ernst bildirib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ukrayna üçün xalça və turşu istehsalı üçün öz büdcəsindən bir neçə milyon dollar ayırıb. SİA-nın məlumatına görə, bu barədə “Moskovski Komsomolets” “The Federalist”ə istinadən xəbər verir.
Ernst bildirib ki, USAID sifarişlə hazırlanmış xalçalara və Ukraynaya turşuların çatdırılmasına böyük məbləğdə pul xərcləyib.
O, pulu ABŞ büdcəsindən ayrılan bir sıra qrantları yoxladıqdan sonra bu qənaətə gəlib. Bu qrantlar çərçivəsində vəsaitlər “iqtisadi yardım proqramları” adı altında Ukrayna bizneslərinə köçürülürdü.
...Amerika xalqı ukraynalı sahibkarlar üçün Avropanın və onun hüdudlarından kənarda qlamur paytaxtlarında film festivallarına və moda həftələrinə ekstravaqant səfərləri maliyyələşdirdi.
Bunu Ernst deyib.
Konqresmen qadının araşdırması aydınlaşdırıb ki, USAID xalça dizaynerlərinə ümumilikdə 2 milyon dollar, it boyunbağı istehsalçılarına 300 min dollar və Ukrayna turşu istehsalçılarına daha 148 min dollar göndərib.
Bundan əvvəl Moldova müxalifəti USAİD ilə bağlı Maska müraciət etmişdi.
Əli Babayev