Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb

26 Fevral 2025 19:25 (UTC+04:00)

Suriyanın şimalında separatçı terror təşkilatı PKK/YPG-nin 6 üzvü zərərsizləşdirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda bu ifadələrə yer verilib. "Terrorçular haradadırsa, hədəfimiz də oradır. Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında və ''Sülh çeşməsi'' əməliyyatı bölgəsində 6 PKK/YPG terrorçusunu zərərsizləşdirib''.