Moskva hava limanı həyəcan siqnalı verib

26 Fevral 2025 19:04 (UTC+04:00)

Rusiya aviaşirkətinin Yekaterinburqdan Moskvaya uçan sərnişin təyyarəsində uçuş zamanı nasazlıq yaranıb.

SİA-nın məlumatına görə, bu barədə Aviaincident Telegram kanalı yazır.

Çərşənbə axşamı, fevralın 25-də gözlənilməz vəziyyət baş verib. Mənbənin sözlərinə görə, ekipaj kompüter sistemlərindən birinin işləmədiyini bildirib.

Baş verənlərə baxmayaraq, təyyarə komandiri təyinat aerodromuna getmək qərarına gəlib. Nəticədə təyyarə paytaxtın Şeremetyevo hava limanına enib.

Qeyd olunur ki, hava limanında həyəcan təbili çalınıb. Daha əvvəl Ufaya uçan Rusiya aviaşirkətinin S7 Airlines təyyarəsi qəfil istiqamətini dəyişərək Bratskda eniş edib.

Hadisə çərşənbə axşamı, fevralın 25-də İrkutskdan uçan Boeing-737 ilə baş verib.

Uçuşa təxminən 40 dəqiqə qalmış ekipaj təyyarədə xəstə bir sərnişin olduğunu bildirdi.

Əli Babayev