Soçidə iki huskinin uşağa hücumu ilə bağlı iş açılıb

26 Fevral 2025 18:34 (UTC+04:00)

...Soçidə iki ev itinin 9 yaşlı uşağa hücum etməsindən sonra müstəntiqlər cinayət işi açıb.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Krasnodar diyarı üzrə İstintaq İdarəsi məlumat verib.

İş Rusiya Federasiyası Cinayət Məcəlləsinin 118-ci maddəsinin 1-ci hissəsi (“Sağlamlığa ağır zərər vurma”) ilə açılıb.

İş üzrə istintaqın gedişi idarə aparatının nəzarətinə verilib. Qeyd edək ki, fövqəladə hadisə fevralın 26-da səhər saatlarında Soçinin Adler rayonund baş verib.

Belə ki, iki ev huski iti uşağa hücum edərək, onun üzünü parçalayıblar.

Heyvanların sahibinin nəzarəti olmadan qaldığı qeyd edilir. Yaralı uşaq helikopterlə Krasnodara aparılıb.

Nazlı Almuradova