Rusiya və ABŞ nümayəndə heyətləri fevralın 27-də İstanbulda “texniki səviyyədə” danışıqlar aparacaq.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi Öncü Kecəli məlumat verib. ...Dəfələrlə bəyan etdiyimiz kimi, Türkiyə gələcək danışıqların təşkili də daxil olmaqla, sülh səylərinə hər cür dəstəyi verməyə hazırdır.
Bunu Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
...Danışıqlar Moskva və Vaşinqton arasında ikitərəfli məsələlərin həllinə yönələcək.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 27-də İstanbulda Rusiya və Amerika nümayəndə heyətlərinin səfirliklərin işi ilə bağlı yeni görüşünün keçiriləcəyini bildirmişdi.
Nazirin sözlərinə görə, görüşün nəticələri Rusiya və ABŞ-ın münasibətlərinin bərpası istiqamətində nə qədər tez və effektiv hərəkət edə biləcəyini nümayiş etdirəcək. Danışıqlarda yüksək səviyyəli diplomatlar və ekspertlər iştirak edəcək.
Əli Babayev