Bu gün Xocalı faciəsindən 33 il ötür. Lakin buna baxmayaraq yaramız hələ də sızlayır. Erməni vəhşiliyinə məruz qalan Xocalı sakinləri yalın ayaq, öz yurd-yuvalarından didərgin düşmüşdür. Bu gün ki gündə isə Xocalı sakinlərinin öz doğma torpaqlarına qayırma sevincini hamımız yaşayırıq. Üstündən neçə illərdə keçsə, Xocalı faciəsi bizim qanayan yaramız olaraq qalacaq. Həmçinin insanlar o günü ürək ağrısı ilə xatırlayırlar. Bununla bağlı SİA insanların fikrini öyrəndi.
Şəhər sakini Səidə Qəhrəmanova: “Bu gün Xocalı faciəsi günüdür və mən bu zaman həddindən artıq dərəcə d çox pis hiss edirəm. Hətta bəzən ağlamağım belə gəlir. Görüntülərə baxanda isə ürəyim sızlayır. Bir görüntü vardı ki, qadının ayaqları donmuşdu. Lakin getmək məcburiyyətində idi, uşağını orada qüoyub getməli oldu. Allah Xocalı da şəhid olanlara, ümumiyyətlə bütün şəhidlərimizə rəhmət eləsin. Xalqımıza, ölkəmizə birdə elə günlər yaşatmasın”.
Şəhər sakini Olqa Nikalayova: “Mən Xocalı faciəsi günü özümü pis hiss edirəm, bununla yanaşı çox həyacanlı oluram. Çünki orada olan insanlar ayağı yalın, soyuq hava da əyni yalın öz doğma torpaqlarından didərgin düşmüşdür. Digər Xocalı da qalan insanları isə i.gəncə verərək öldürürdülər. Mənim yoldaşım Xocalı sakinidir və o zamandan onun qohumları orada yaşayırdılar. Mənim fikrimcə, Xocalı faciəsi məktəblər də uşaqlara təbliğ olunmalıdır və dərsliklərdə də ayrıca dərs olaraq keçirilməlidir. Elə insanlar var ki, indiki zamanda öz qohumlarının yasını belə saxlamır. Amma biz Xocalı faciəsinin yasını hər zaman saxlayacıq”.
Şəhər sakini Aidə Həsənəliyeva: “ Xocalı faciəsi günü mənfur düşmənlər gecə yarısı əli-ayağı yalın soydaçlarımıza hücüm edib, onları öz torpaqlarından didərgin salıblar. Onların əlbətdə qisası alınacaqdı. Çox şükür ki, Prezidentimiz İlham Əliyev və güclü ordumuz sayəsində onların qisası alındı”.
Şəhər sakini Şamama Səlimova: "Xocalı fciəsi bizim yaralı yerimizdir. Amma bu gün biz işğaldan azad olunmuş torpaqlara ayaq basa bildik. Təbii i də bizim güclü və rəşadətli ordumuz sayəsində oldu. Onlar sayəsin də, bu gün Xocalıdan didərgin düşmüş soydaşlarımız öz doğma, ata-baba yurdlarına dönə bildi”.
Şəhər sakini Nərmin İsayev: "Biz 1990 yaxud 1992-ci illərdə olan hadisələri qətiyyən unutmamalıyıq. Onlar bizim ürək sızıntımızdır. 2020-ci ildə mənim 18 yaşım vardı, birinci kursda oxuyurdum. Dərslərimizi onlayn davam etdirirdim, şəhid olan uşaqlar mənimlə yaşıd idi. Bu hadisələrə dözə bilmirdim. Bəzi insanlar "empatiya" qururlar ki, orada başımıza gələn hadisələrin günahkarı erməni əsgər və zabitlərdir. Erməni xalqının günahı yoxdur deyə düşünürlər.
Ermənilərin uşaqlarına kiçik yaşlarından öyrədirlər ki, türklər bizim düşmənimizdir, biz niyə onlara qarşı empatiya qurmalıyıq. Əgər onlar bizi düşmən olaraq görürsə, biz də onları düşmən olaraq görməliyik. Burada heç empatiyadan söhbət gedə bilməz".
Şəhər sakini Firəngiz Şərifova: " Xocalı faciəsi 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş qətliamdır. Erməni silahlı qüvvələri Xankəndi şəhərindən 366-cı motorus alayın köməkliyi ilə Xocalı şəhərinə hücum etdilər. Əvvəlcə şəhəri atəşə tutdular, əhali qaçıb getmək istəsə də, dinc camaatın böyük bir hissəsini qətlə yetirdilər. Burada 613 nəfər həlak olmuşdu. Onlar qadın, uşaq və yaşlı demədən amansızlıqla qətlə yetirirdilər. Bu sadəcə Azərbaycan xalqına qarşı olan qətliam deyil, həmçinin türk-müsəlman xalqına qarşı olan qətliamdır".
Şəhər sakini Eminli Nəzrin: "Xocalı faciəsi 1992-ci ildə baş vermiş qanlı qətliamdır. Bununla yanaşı Xocalı faciəsi ermənilərin bizə qarşı olan vandalizm və vəhşiliyi göstərən sübutdur. Onlar Qarabağı işğal etmək üçün Xocalı qətliamını həyata keçirmişdilər. Lakin bugün ki gündə biz doğma torpaqlarımıza qayıda bildik. Xocalı sakinlərinin doğma torpaqlarına qayıtmaq sevincinə bizdə şərik oluruq".