Valentina Matvienko sabah Türkiyəyə səfər edəcək

26 Fevral 2025 17:56 (UTC+04:00)

Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəsmi dəvəti ilə sabah Türkiyəyə səfər edəcək.

SİA-nın məlumatına görə, Numan Kurtulmuş və Valentina Matviyenko parlamentdə təkbətək görüşdən sonra, heyətlər arasında keçiriləcək görüşə sədrlik edəcəklər.

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko təşkil ediləcək birgə mətbuat konfransından sonra onu müşayiət edən nümayəndə heyəti ilə Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasını salamlayacaq.

Xatırladaq ki, TBMM sədri Numan Kurtulmuş sentyabrın 24-də Rusiyaya səfəri zamanı Rusiya parlamentinin yuxarı palatası Federasiya Şurasında yeni qanunvericilik ilinin açılışında senatorlara müraciət etmişdi.