AvtoVAZ-da 100 min satılmamış avtomobil var…

26 Fevral 2025 22:25 (UTC+04:00)

...“Kommersant” nəşri şirkətin rəhbəri Maksim Sokolova istinadən xəbər verir ki, AvtoVAZ anbarlarında 100 min satılmamış "Lada" avtomobili toplayıb.

SİA-nın məlumatına görə, avtomobil nəhəngi 60 min avtomobil ehtiyatını norma hesab edir. Müstəqil avtoekspert və Rusiya Avtomobil Satıcıları Assosiasiyasının keçmiş rəhbəri Oleq Moseyevin sözlərinə görə, AvtoVAZ həddindən artıq ehtiyatla bağlı vəziyyətlə üzləşib.

2008-ci ilin sonunda ən kəskin böhran zamanı şirkət təxminən eyni inventar səviyyələrinə malik idi.

“Kommersant” qeyd edir ki, həddindən artıq ehtiyat VAZ üçün əlavə maliyyə yükü olur. 2025-ci ilin fevral ayının sonuna qədər Rusiyada “Lada” satışları təxminən 27 min ədəd təşkil edəcək.

2024-cü il dekabrın sonunda, Rusiya Federasiyasındakı Çin avtomobil markalarının distribyutorları və dilerlərinin həddindən artıq “stok”landığı bildirildi - o zaman onlarda 200-dən 360 minə qədər satılmamış avtomobil var idi.

Rusiya avtomobil bazarı avtomobillərin həddən artıq yüksək qiymətləri və bahalı avtomobil kreditləri səbəbindən durğunlaşır ki, bu da öz növbəsində açar faizinin yüksək olması ilə əlaqədardır.

Nazlı Almuradova