...Britaniyada “The Sound of Silence” albomu buraxılıb.
SİA-nın məlumatına görə, bu barədə BBC yazır.
Albomun yaradıcıları arasında Kate Bush, The Clash, Hans Zimmer, Billy Ocean və Dan Smith musiqiçiləri var. Ümumilikdə mindən çox britaniyalı sənətçi hökumətin təşəbbüsünün əleyhinə çıxış edib.
Bu, süni intellektin hazırlanması üçün süni intellekt şirkətlərinə internetdən musiqidən istifadə etməyə imkan verəcək. Gələcəkdə süni intellekt sanki insan tərəfindən yaradılmış kimi yeni məzmun yaradacaq.
Ən əsası odur ki, tərtibatçı şirkətlər kompozisiyaların istifadəsi üçün qonorar ödəməməlidirlər.
Beləliklə, musiqiçilər “Britaniya hökuməti süni intellekt şirkətlərinin xeyrinə musiqi oğurluğunu qanuniləşdirməməlidir” mesajı ilə səssiz bir rekord yazdılar.
Albomda 12 trek var. Hər birində boş studiyalardan və konsert salonlarından səssizliyin səs yazısı var.
Musiqiçilər təşəbbüsü qəbul etsələr, özləri üçün potensial nəticələri belə görürlər.
Nazlı Almuradova