Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycandakı dini konfessiyaların rəhbərləri faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış "Ana harayı" abidəsini ziyarət ediblər. Qafqaz Müsəlmanlar İdarəsinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, din xadimləri XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciə qurbanlarının abidəsinin önünə tər çiçəklər düzüb, faciə qurbanlarının xatirəsini ehtiramla yad edərək onların ruhları üçün dualar ediblər.