Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. SİA xəbər verir ki, fevralın 26-da saat 17:00-da Azərbaycanın bütün ərazisində olduğu kimi, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Küçələdə nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.