DTX-nin əməkdaşları Xocalı abidəsini ziyarət ediblər - FOTOLAR

26 Fevral 2025 15:51 (UTC+04:00)

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər. Bu barədə SİA-ya Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Abidənin önünə gül dəstələri düzülüb, faciə zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilib.