Qərbi Azərbaycan İcmasının nümayəndələri Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar - FOTOLAR

26 Fevral 2025 15:49 (UTC+04:00)

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və İcmanın üzvləri Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar fevralın 26-da “Ana harayı” abidəsini ziyarət ediblər. İcmadan SİA-ya bildirilib ki, icma nümayəndələri abidənin önünə gül dəstələri düzərək, soyqırımı qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.