Əqli Mülkiyyət Agentliyinin kollektivi Xocalı soyqırımının qurbanlarını yad edib - FOTOLAR

26 Fevral 2025 15:41 (UTC+04:00)

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov və agentliyin kollektivi Bakı şəhərindəki “Ana harayı” abidəsini ziyarət edib. Bu barədə SİA-ya agentlikdən məlumat verilib.

Ziyarət zamanı abidənin önünə güllər düzülüb və faciə qurbanlarının xatirəsi ehtiramla yad olunub.