Bakıda tanışını qəsdən öldürməkdə təqsirləndirilən Elvin Əsədovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. SİA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə keçirilən hökm oxunub.
Hökmə əsasən, Elvin Əsədov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı Elvin Əsəsdovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, hadisə 2023-cü ilin dekabrın 30-da paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.
Baş vermiş qətl hadisəsi ilə bağlı aparılmış istintaqla müəyyən edilib ki, Elvin Əsədov tanışı Zamiq Cabbarova olan 2500 manat faiz pul borcunu ödəməkdən yayınmaq və qisas almaq məqsədilə Nəsimi rayonu ərazisində ona bıçaqla xəsarətlər yetirərək qəsdən öldürüb.
Toplanmış sübutlar əsasında Elvin Əsədova Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.