Sabah Əfv Komissiyasının iclası keçiriləcək

26 Fevral 2025 14:22 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək. SİA xəbər verir ki, iclas sabah baş tutacaq.

Qeyd edək ki, komissiyanın son iclası fevralın 12-də keçirilib.

İclasda 100-dən artıq müraciət müzakirə olunub.

Komissiyanın iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.