AEBA-nın iclasında İranın nüvə proqramı ilə bağlı hesabat təqdim olunacaq

26 Fevral 2025 13:32 (UTC+04:00)

Avropa ölkələrinin artan təzyiqləri fonunda Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın nüvə proqramı ilə bağlı geniş hesabatını qurumun növbəti iclasında təqdim edəcək. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami bildirib.

"AEBA-nın hesabatı iki hissədən ibarət olacaq. Birinci hissə təftişlərə, ikinci hissə isə İranın Birgə Hərtərəfli Fəaliyyət Planı mövzusuna və BMT Təhlükəsizlik Şurasının İranın nüvə proqramına dair 2015-ci il tarixli 2231 saylı qətnaməsinə həsr olunacaq. Üç Avropa ölkəsi təzyiqləri artırıb və agentlik geniş hesabat hazırlayacağını açıqlayıb", - o, hökumətin iclasından sonra bildirib.

M.İslaminin sözlərinə görə, İran ümid edir ki, AEBA hesabatın hazırlanmasına peşəkarlıqla yanaşacaq və “siyasi qərəzdən çəkinəcək. “Agentliklə əməkdaşlığımız davam edir və biz onun nəzarətindəyik”, - o əlavə edib.