ƏƏSMN kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib - FOTOLAR

26 Fevral 2025 13:00 (UTC+04:00)

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, abidənin önünə gül dəstələri düzülüb, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.