“İlk rəqibimiz Şimali İrlandiya çox güclü komanda idi”. SİA xəbər verir ki, bunu 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Həbib Ağayev AFFA-nın rəsmi saytına açıqlamasında bunu bildirib.
Təcrübəli məşaçi bildirib ki, onlar qrupdakı hər üç oyunda böyükhesablı qələbə qazandılar: “Albaniya və Monteneqro isə təxminən bərabər gücdə idilər. İlk matçdan sonra komandamızda bir az yorğunluq yaranmışdı. İkinci görüşdə fərdi səhvlərdən Albaniyaya uduzduq. Monteneqro ilə görüşdə komandamız istədiyimiz formaya çatmışdı. Qrupumuzda ikinci yeri tutan Monteneqronu məğlub edə bilərdik. Ancaq yüz faizlik qol imkanlarını əldən verdik. Bu oyunlar komandamız üçün yaxşı təcrübə oldu. Qızlar əllərindən gələni etdilər”.