"Türkiyənin Azərbaycandakı səfirliyi olaraq bu gün başsağlığımızı bildirmək üçün Xocalı soyqırımı abidəsini ziyarət etməyə gəlmişik". SİA xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Birol Akgün jurnalistlərə açıqlamasında bildirib.
“Biz Azərbaycan xalqının acılarını bölüşürük. Xocalı faciəsi insanlıq adına qara bir ləkə, insanlıq adına utancdır. Şəhidlərimizə rəhmət, Azərbaycan xalqına səbr diləyirik”, - səfir deyib.