"Stomatoloji kabinetlərlə bağlı müraciət daxil olsa, yoxlamalar aparılacaq". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib.
"Kimsə mətbəxdə diş çəkdirirsə, nazirlik buna heç nə edə bilməz", - nazir deyib.
Eyni zamanda, səhiyyə naziri qeyd edib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyi bölgələrdə həkim çatışmazlığının aradan qaldırılması üçün vahid strategiya hazırlayır.